Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 17:02

İranın Xarici İşlər naziri Möttəki işdən çıxarıldı


Manuçöhr Möttəki
Manuçöhr Möttəki
İran prezidenti Mahmud Əhmədinejad Xarici İşlər naziri Manuçöhr Möttəkini işdən çıxarıb. Bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb. Amma nazirin istefaya göndərilməsinin səbəbləri hələlik açıqlanmır.

Əhmədinejad fərmanında yalnız onun İran xalqı qarşısında xidmətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Xarici İşlər nazirinin vəzifələrini müvəqqəti olaraq İranın vitse-prezidenti Əli-Əkbər Salehi icra edəcək. Salehi həm də İranın nüvə proqramı ilə bağlı danışıqlarda səlahiyyətli nümayəndəsidir.

Möttəki 2005-ci ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu. Hazırda Seneqalda rəsmi səfərdədir.

Manuçöhr Möttəki Hindistanda sosial elmlər, Tehranda isə beynəlxalq əlaqələr üzrə ali təhsil alıb. İngilis, urdu, türk dillərində sərbəst danışır.
XS
SM
MD
LG