Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 12:24

2 gənc 20 uşağı girov götürüb


Fransanın şərqindəki Besancon şəhərində iki qılıncla silahlanmış 17 yaşlı gənc uşaq bağçasından 20-ə yaxın uşağı girov götürüb. Bu haqda şəhər meri Jean-Louis Fousseret France Info Radiosuna müsahibəsində bildirib.

Hadisədən az sonra gənc 14 uşağı buraxıb. 5-6 uşaq hələ girovluqda qalır.

Hadisənin nə məqsədlə törədildiyi bilinmir. Medianın məlumatına görə həmin gənc depressiyadan əziyyət çəkir.
XS
SM
MD
LG