Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:06

Nobel laureatının nadir səs yazızı


Tanklarla dağıdılan 100 000 nəfərlik mitinq
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid

1989-cu ilin iyununda Pekində - Tianmen meydanında azadlıq tələb edən 100 000 nəfərlik mitinqi kommunist hökumət tanklarla dağıtdı. Bu hadisənin video arxivindən görüntülər.

Nobel sülh mükafatının builki laureatı Çin dissidenti, Lui Xoabodur. O, 1989-cu ldə Çində tələbələrin kütləvi etiraz aksiyalarının liderlərindən biri olub.

May ayının 10-dan Pekinin Tiananmen meydanında toplaşan yüz minlərlə tələbənin aksiyası iyulun 4-də zorla dağıdıldı. Çinin kommunist rəhbərliyi dinc tələbələrə qarşı əsgərlərdən və tanklardan istifadə etdi.

Bu günlərdə internetdə Liu Xiabonun iyunun 4-də yazılmış səsindən məlum olur ki, o qanlı faciənin qarşısını almaq üçün həyatını təhlükəyə qoyaraq əsgərlərlə danışıqlar aparan 4 nəfərdən biri olub.

Səs yazısı Tiananmen meydanındakı qanlı hadisələrin ən dramatik anlarını əks etdirir. Əsas tələbə kütləsi dağıdılandan sonra meydanda hələ də yüzlərlə tələbə var idi. Onlar “öldü var, döndü yoxdur” deyə silahlı əsgərlərin nəzarəti altına keçən meydanı tərk etmək istəmirdilər.

- Yoldaşlarım, bu kampanyada mülki adamlar və Pekin fəhlələri bizə güclü dəstək verdlər. Onların həmrəyliyi olmasaydı, biz uğur əldə edə bilməzdik. İndi reallıq bizdən bu ərazini tərk etməyi tələb edir. – Deyə Liu səsgücləndirici vasitəsilə tələbələrə müraciət edir.

Onun çağırışında dinc vətəndaşların qeydinə qalmaq xahişi səslənir. Deyir:

- Əziz tələbə həmkarlarım, əziz tələbə yoldaşlarım, mən ümid edirəm ki, siz meydanı tərk etməklə mülki şəxləri müdafiə etmək üçün məsuliyyəti üzərinizə götürəcəksiniz. Mən ümid edirəm ki, bu taleyüklü anlarda siz tələbər dinc adamları və fəhlələri qoruya biləcəksiniz!

Səs yazısından belə görünür ki, tələbələr onlara qarşı yönələn ölümcül təhlükənin miqyasını dərk etmirdilər.

- Mən Liu Xioaboyam, Mən Liu Xiaboyam. Xahiş edirəm, dinc əhalini qorumaq üçün əlimizdən gələni edək. Gəlin Azadlıq meydanını cənub çıxışından tərk edək! – deyə Liu Xiabonun həyəcanlı müraciətindən sonra, tələbə hərəkatının digər liderı Gaoxinsin səsi eşidirlir.

- Xahiş edirəm. Vaxtımız çox az qalıb! Orduya tapşırlıb ki, saat 7-dək bütün meydanı təmizləsinlər.

Sonra o, dəfələrlə təkrar edir:

- Vaxt azdır! Vaxt azdır!

Tələbələrdən hələ də onlara qulaq asmayanlar var. Səs yazısında onların hətta tank mühərriklərinin və avtomat güllərlərinin səsi altında mahnı oxuduqları eşidilir.

Sonra səs yazısından rəsmi xəbərdarlıq eşidilir:

- Diqqət! Bu xəbərdarlığı eşidən hər kəs dərhal meydanı tərk eməlidir! Ordu bu əmrə tabe olmayanlara qarşı bütün vasitələrdən istifadı edərək meydanı təmizləyəcək!

Tələbələr rəsmi xəbərdarlığa da əhəmiyyət vermirlər mahnı oxumağa davam edilər. Onlardan kimsə qışqırır: “Gəlin yerə oturaq! Qoy bizi buradan zorla çıxartsınlar!” Daha sonra isə səslər eşidilir: “Lənətə gəlmişlər! Artıq yüzlərlə adam ölüb!”

Səs yazısının sonunda faciənin miqyasını öz gözləri ilə görən tələbələrin mahnısı səngiyir. İndi onlardan kimi fahimə ilə qışqırır, kimisə ağlayır.

Tədricən mahnı səsi tələbələrin döyülməsinin səsi ilə əvəz olunur.

Səs yazısını dinləyin
XS
SM
MD
LG