Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 10:21

Kosovoda parlament seçkiləri keçirilir


Kosovoda seçkilər
Gözlə
Embed

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

2008-ci ildən müstəqil dövlət kimi tanınan Kosovoda ilk parlament seçkisi keçirilir. Rəy sorğuları baş nazir Həşim Taçinin partiyası ilə Priştinanın meri İsa Mustafanın rəhbərlik etdiyi liqanın qələbə şanslarının az qala eyni olduğunu göstərir.

Bu, əyalətin Serbiyadan ayrılıb müstəqilliyini bəyan etməsindən sonra ilk parlament seçkisidir.

Rəy sorğuları göstərir ki, baş nazir Həşim Taçinin rəhbərlik etdiyi hakim Demokrat partiyası ilə Priştinanın meri İsa Mustafanın rəhbərlik etdiyi Kosovo Demokratik Liqasının qələbəyə şansları demək olar ki, eynidir.

120 yerlik parlamentdə yerli serblərə 10 yer ayrılıb.

Amma məlumatlara görə Kosovo serbləri seçkini baykot edirlər.

Qeyd edək ki, Kosovo 2008-ci ilin fevralında müstəqlliyini bəyan edib və artıq ABŞ və bir çox Avropa ölkələri onu müstəqil dövlət kimi tanıyırlar.
XS
SM
MD
LG