Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 10:57

Riçard Holbrukun ürəyində cərrahiyə əməliyyatı aparılıb


ABŞ prezidenti Barak Obama ölkənin Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard

Holbrukun tezliklə sağalmasını arzulayıb.

Holbrukun ürəyindəki baş arteriya qəflətən partladığına görə, aqğır cərrahiyə əməliyyatından keçməli olub.

Barak Obama Riçard Holbrukun öz komandası və Amerikanın xarici siyasətində vacib fiqurlardan biri olduğunu bildirib.

69 yaşlı Holbruk cümə günü Dövlət Departamentinin binasında işləyərək özünü pis hiss edib və dərhal xəstəxanaya götürülüb.

ABŞ diplomatiyasının veterenı 1995-ci ildə Bosniyada vətəndaş müharibəsinə son qoyan Deyton sülh sazişinin imzalanmasında xüsusi rol oynayıb.
XS
SM
MD
LG