Mehmet Ali Birand
Universitetlər yenidən gündəmə gəldi. Uzun sürədir belə olaylarla qarşılaşmırdıq. Üstəlik bu etiraz dalğaları getdikcə genişlənməkdədir.
Gənclər son dərəcə qızğın. Eşidilmək istəyirlər, bunun üçün də hər vasitədən istifadə edirlər. Ancaq səslərini eşitdirə bilmirlər. Eşidilmədikcə də gərilirlər, gərildikcə sərtləşirlər.
Bu gərilməyə bir də polisin ağıla sığmayan münasibətini əlavə edək.
Təbii, polis mitinqə müdaxilə etməlidir, ancaq elə amansızlıqla vururlar ki, bu, olayın böyüməsinə yol açır.
Diqqət edirsinizsə, Burhan Kuzuya qarşı “yumurtalı etiraz”ın bu şəxsə birbaşa bağlılığı yoxdur. Tələbələr öncəki günlər polisdən yedikləri zərbələrə etiraz edirdilər. Bu, açıq-aşkar görünürdü.
Kim haqlıdır?
Demokratik haqlarından yararlanmaq istəyən, ancaq gərəyindən çox təpki göstərən gənclik?
Gəncləri insafsız şəkildə döyən polis?
Yoxsa, hökumət təmsilçiləri?
Heç biri haqlı deyil. Açığı durum çox qarmaqarışıqdır.
Bu gün bir sorğu keçirək, “əlbəttə kötək yeyəcəklər, belə işlər görməyə haqları yoxdur. Bunun demokratiya ilə heç bir bağlılığı yoxdur. Döyün, baxın bir daha cəsarət edəcəklərmi?” cavabı ilə qarşılaşacağıq.
Hələ də hər şeyin kötəklə və həbslə həll ediləcəyini düşünənlərimiz çoxluqdadır. Belələri demokratiyanı öz təbirlərincə yorumlayırlar. Özlərinə dəyməyənə qədər demokratik haqlar heç veclərinə deyil.
Polisə gəlincə, onlar küçə lotuları kimi davranırlar. Ya təhsillərinin əskikliyindən, ya gündəlik alışqanlıqlarından qaynaqlanan bir kobudluqla hərəkət edirlər. Yerə yıxılan uşağa təpik vurmağı və ya avtobusa mindirilənləri döyüb buraxmağı başqa cür izah edə bilməzsiniz.
İqtidar partiyasına gəlincə, yumurta yağışı bir tərəfə, ümumiyyətlə heç bir etiraza dözümləri yoxdur. Uzun müddət iqtidar olmanın özündənrazılığı tez-tez görünür. Telekanalları suçlayıb “göstərə bilməzsiniz” deyərək problemi çözməyə üstünlük verirlər.
Tələbələrdir haqlı?
Tələbənin demokratik haqqından yararlanması son dərəcə normaldır. Ancaq onlar da bəzən ölçünü itirirlər, normal etirazın sərhədlərini aşdıqları da göz önündədir. Onların necə etiraz haqqı varsa, bəzi adamların da universitetlərdə çıxış etmək haqqı olduğunu unutmaq olmaz. Etirazlar qarşıdakı insana fiziki xəsarət yetirməməlidir.
Etirazı şillə ilə dayandırmağa çalışdıqca...
Keçmişdə baş verənlərdən dərs alaraq bəzi xəbərdarlıqlarda bulunmaq istəyirəm:
İqtidar, dözümlülük göstərməli, tələbələri aşağılamaq və ya dərs vermək yerinə, problemlərini dinləməyə çalışmalıdır. Belə yanaşma insanları ucaldar, hökumətləri gücləndirər.
Polis insanları döymək yerinə, etirazçıları nəzarətdə saxlamağı öyrənməlidir.
Gənclər haqlarından yararlanarkən sərhədləri aşmamalıdırlar. Bunu edəcəklərsə, onlara dəstək verənlər artacaq.
Yəni kimsə haqlı deyil.
Nə media başda olmaqla, hər kəsə hirslənən iqtidar...
Nə qarşısına çıxanı döyüb təpikləyən polis...
Nə sərhədləri aşan, yorumları ilə gəncləri ilə demokratiyanı da öldürən media.
Nə də demokratik haqlarından yararlanarkən bəzən ölçünü qaçırıb haqsız duruma düşən gənclər...
Görəcəksiniz, heç bir şey dəyişməyəcək.
Köhnə hamam, köhnə tasla, dava-dalaşla yolumuza davam edəcəyik. Günlərin bir günündə demokratik haqların nə olduğunu anlayana qədər bir-birimizi döyəcək, gözlərimizi oyacaq, haqqımızı dava edərək, bağırıb-çığırıb, təhdid edərək alacağıq.
Nə edək, biz beləyik.
Yoooox, o qədər də deyil...
Yazıqlarıma çoxlu cavablar alıram. Mənə yazırlar, “sənidəmi qorxutdular? Bundan sonra istədiyin kimi yaza bilməyəcəksən?”
Yoooo, siz deyən kimi deyil.
Biz nələr gördük, nələrdən keçdik...
İqtidardan, əsgərlərdən daha ağır hücuma keçən neçə-neçə demokrat (!) yazarla mücadilə etdik. Dövlət məhkəmələrində günlər keçirdik. Üstəlik keçmişlərdə bugünkünün əksinə bir təpki gəldiyində Ankara sadəcə sözlə yetinməzdi. Həbsxanalarda çürümə, işinizi itirmə təhlükəsiylə üz-üzə qalardınız. Bu gün heç olmasa, söz dartışmaları, mənəvi sorğulamalarla kifayətlənirik.
Köhnə basqıların heç birində kimsəyə bəhanə vermədik.
Bu dəfə də kimsənin əlinə bəhanə verməyəcəyik.
Heç alışmadığımız bir dönəmdən keçirik.
Bu da bitəcək. Gələnlər gedəcək və yeniləri gələcək. Önəmli olan ruhdan düşmədən və ideyaları deyişmədən yoluna davam etməkdir.
Bütün dostlara göstərdikləri ilgi üçün təşəkkür edirik.
Tərcümə etdi: Aygün Muradxanlı