Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:15

Azərbaycanda insan haqlarının vəziyyətinə dair iki fikir?


Hikmət Hacızadə
Hikmət Hacızadə
«Panorama» verilişində FAR Siyasi-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə və millət vəkili Çingiz Qənizadə "Azərbaycanda insan haqları necə tanınır?" mövzusu ətrafında fikirlərini bölüşürlər.

Hikmət Hacızadə:

«GÖRÜNÜR, DAİM HAKİMİYYƏTDƏ QALMAQ İSTƏYİRLƏR»


«İnsan haqlarından söz düşəndə, mən bu sahədə aparılan monitorinqlərə istinad edirəm. İstər yerli, istərsə də beynəlxalq insan haqları təşkilatlarının hazırladığı rəylərə. Bu rəylər göstərir ki, Azərbaycanda vəziyyət əfsuslar olsun ki, ildən-ilə pisləşir. Bu da hakimiyyətin siyasətindən irəli gəlir. Etirazlara dözmürlər, hesabat vermək istəmirlər. Görünür, daim hakimiyyətdə qalmaq istəyirlər».

Çingiz Qənizadə:

«İNSAN HAQLARININ POZULMASINA İSTƏNİLƏN ÖLKƏDƏ RAST GƏLMƏK OLAR»

«Ölkədə insan haqlarının pozulması faktları var və bu ayrı-ayrı faktlar hesabatlarda öz əksini tapır. Ancaq bugünkü reallıqla 5 il əvvəlki vəziyyət müqayisə edilərsə, belə faktların azaldığı məlum olacaq. Ancaq bir faktın olması belə narahatlığa əsaslar yaradır. Əslində, insan haqlarının pozulmasına istənilən ölkədə rast gəlmək olar. Ancaq məhkəmələr müstəqil olanda, sifariş həyata keçirməyəndə, pozuntuları kompensasiyalarla aradan qaldırmaq mümkün olur.
Çingiz Qənizadə
Nəticədə də bəzi ölkələrdə insan haqlarının pozulması görünmür».

Hikmət Hacızadə hesab edir ki, vəziyyətin dəyişməsi də heç də kimin insan haqları üzrə ombudsman olmasından asılı məsələ deyil:

«HƏR ŞEY DEMOKRATİK SEÇKİDƏN ASILIDIR»


«Əslində, hər şey demokratik seçkidən asılıdır. Demokratik seçkiyə, müstəqil məhkəməyə, məhkəmələrə mülkü nəzarətə və azad mətbuata ehtiyac var. Bu da bizim xalqın beynindən və ürəyindən asılı məsələdir»

Çingiz Qənizadə:

«PEŞƏKAR, BU İŞLƏRƏ QƏLBƏN BAĞLI OMBUDSMAN PROSESLƏRƏ TƏSİR GÖSTƏRƏ BİLƏR»

«Mən eşitmişəm ki, Ombudsman Aparatında elə şöbələr var ki, vətəndaşların şikayətinə hazır cavablar verirlər. Yəni kompyuterin yaddaşında hazır cavablar var. Şikayətin xarakterindən asılı olmayaraq bu hazır cavablardan istifadə edilir. Belə hallara əvvəllər daha çox dövlət qurumlarında rast gəlmək olardı. Peşəkar, bu işlərə qəlbən bağlı ombudsman proseslərə təsir göstərə bilər».

XS
SM
MD
LG