Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:56

Moskvada azarkeşlərlə polis arasında dava düşüb


Moskvanın Manejnaya meydanında futbol azarkeşləri ilə Xüsusi Təyinatlı Polis qüvvələri arasında dava gedir.

Onlarla adamın saxlandığı xəbər verilir.

Bu gün 6 minə yaxın fanat Spartakın öldürülmüş azarkeşi Yeqor Sviridovun xatirəsini yad etmək məqsədi ilə onun evinin ətrafına toplaşıblar.

Həmçinin Sankt Peterburqda keçirilmiş eyni aksiyada da polislə azarkeşlər arasında dava düşüb.

Yeqor Sviridov dekabrın 6-da Spartakın azarkeşləri ilə şimali qafqazlılar arasında baş vermiş davada atəşlə öldürülüb.
XS
SM
MD
LG