Keçid linkləri

2025, 04 İyun, çərşənbə, Bakı vaxtı 23:06

E.Məmmədyarov Aşqabadda ikitərəfli görüşlər keçirib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aşqabadda Türkiyə, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri ilə ayrıca görüşlər keçirib.

Bu gprüşlər Türkmənistanın neytrallığının 15 illiyinə həsr olunmuş konfrans çərçivəsində baş tutub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşlərdə ikitərəfli münasibətlər, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov səfər çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedovla da görüşüb.

Görüş zamanı iki ölkə arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG