Keçid linkləri

2025, 06 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:03

Diplomsuz milyonçular


«Forbes» jurnalı diplomu olmayan milyonçuların adlarını açıqlayıb
«Forbes» jurnalı diplomu olmayan milyonçuların adlarını açıqlayıb
«Forbes» jurnalı diplomu olmayan milyonçuların adlarını açıqlayıb. Bu siyahının əvvəlində 17 yaşında olanda, məktəbdən çıxan məşhur aktyor Robert De Niro gəlir.

Məktəbi bitirməyən milyonçuların siyahısında olimpiya çempionu George Foreman, maneken Gisele Bundchen, Jim Clark, aktyor Sidney Poiter, aktrisa Uma ThurmanJessica Simpson da var.

Digər sıralama isə belədir.

Amancio Ortega: «Zara» tekstil və mağaza şəbəkəsinin sahibi. 14 yaşında məktəbdən çıxıb. İspaniyanın ən varlı adamlarındandır. 25 milyard dollarlıq varidatı var.

Kirk Kerkokiyan: 3 milyard dollarlıq varidatı olan erməni əsilli amerikalı kazino və otellər şəbəkəsinin sahibidir. Boksla məşğul olmaq üçün məktəbdən çıxıb.

Francois Pinault: Fransanın ən varlı üçüncü adamıdır. «Gucci», «Converse» və «Somsoniten»in sahibidir.

Billy Joel: «Kolumbiya Universitetinə getməyəcəyəm, «Columbia Plak» şirkətinə gedəcəyəm. Orada məktəb diplomuna da ehtiyac yoxdur» deyəndən sonra məktəbi tərk edib. Məşhur amerikalı rok-n-roll müğənnisidir. 60 milyon dollar var-dövləti var.

Catherine Zeta-Jones: Londonda 15 yaşında məktəbi kino ulduzu olmaq üçün tərk edən məşhur aktrisadır. 45 milyon dollarlıq var-dövlətə sahibdir.

Carl Lindner: Qapı-qapı düşüb süd satmaqla ailəsinə kömək edirmiş. Buna görə də məktəbdən çıxıb. «Chiquita» bananlarının sahibi və dondurma kralı, məşhur biznesmendir. Var-dövləti 1.7 milyard dolardır.

Richard Branson: 16 yaşında mədəniyyət jurnalı açmaq üçün məktəbdən çıxıb. Dünyada məşhur olan 200 şirkəti, iki adası var. 4 milyard dollar var-dövlətə sahibdir.

Curtis James Jackson: Məşhur qaradərili müğənni New-Yorkun Yamayka məhəlləsində getdiyi məktəbdən 12 yaşında çıxıb.

Larry Flynt: «Hustler» jurnalı yayımçısıdır. 15 yaşında məktəbdən çıxıb.
XS
SM
MD
LG