Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 01:42

7 dindara həbs cəzası verildi

Dindarların aksiyası zamanı saxlananların 7-sinə inzibati qaydada həbs cəzası verilib, daha 4 dindar cərimə, 5-i isə xəbərdarlıq edilərək buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.

Ancaq o, saxlanılanlara konkret neçə gün həbs cəzası verildiyini açıqlamayıb.

Dekabrın 10-da bir qrup dindar Təhsil Nazirliyi qarşısında aksiya keçirərək, orta məktəblərdə hicaba qoyulan qadağalara etiraz ediblər. Onlardan 16 nəfər saxlanmışdı.
This item is part of
XS
SM
MD
LG