Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:38

Elmar Məmmədyarov Türkmənistana gedib


Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 11-də Türkmənistana birgünlük işgüzar səfərə gedib.

Səfərdə məqsəd Aşqabad şəhərində keçirilən və Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş «Türkmənistanın daimi bitərəfliyi – sülh, inkişaf və təhlükəsizlik naminə əməkdaşlıq» adlı beynəlxalq konfransda iştirak etməkdir.

Səfər çərçivəsində nazir E. Məmmədyarov Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedov tərəfindən qəbul edilib.

Görüş zamanı iki ölkə arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG