Daha bir ədəbi qrup bəyan edir ki, Milli Kitab Mükafatı Müsabiqəsini boykot edəcək.
"Doqquziklim" ədəbi qrupunun (qrupun saytı burda) nümayəndələri müsabiqənin obyektiv keçiriləcəyinə inanmırlar.
Xanəmir Telmanoğlu: “Milli Kitab Mükafatı deyil, Milli Kitab Yandırmaq”
“ağğğbaaaağğğ”, “surda gizlənən səs”, “osmanlı”, “saz”, “yük”, “viyananın qapısı təkkə” kimi romanların müəllifi Xanəmir Temanoğlu boykot qərarını belə əsaslandırır.
“Azərbaycanda ədəbiyyatla bağlı təşkil olunan hər hansı bir tədbir, bu yöndə atılan addımlar təqdirə layiq sayılmalıdır.
Ən azından ədəbiyyatın gündəmə gəlməsi baxımından, idmanı, şit musiqi zövqlərini, yalançı medaltaxdı şoularını az da olsa sıradan çıxarmağın xatirinə.
Ancaq bu addımları kimlər atır? Bu atılan addımlar ədəbiyyata bir şey verirmi? Nəhayət, bu kimi tədbirlərin sonucu nəylə nəticələnir?
İlkin olaraq onu söyləyim ki, bu şəkildə müsabiqələrin formatını ilk dəfə 2004-cü ildə “Səhifələr” ədəbiyyat və sənət qəzeti təşkil eləmişdi.
Di gəl ki, işin yekununda qəzetin bağlanması atılan addımları bərbad elədi.
Digər bir tərəfdən düşünürəm ki, belə müsabiqəni keçirən insanlar kifayət qədər Azərbaycan ədəbiyyatına bələd olmalıdırlar.
Ən azından zövqlərə, təfəkkürlərə sayğı ilə yanaşmalıdırlar.
Bu müsabiqəni həyata keçirən Nigar xanıma demək istəyirəm ki, keçən müsabiqədə münsiflərin yüzlərlə əsəri oxumadan necə kənara qoyduqlarını bilirmi?
Onlar hansı əxlaqla oxumadıqları, məğzindən, estetikasından xəbəri olmadıqları əsərləri qırağa tullaya bilərlər?
Bəs onlar hansı ədəbi əxlaqla bu müsabiqəni təkrarən keçirməyi düşünürlər? Ayıb deyilmi?
Digər tərəfdən o münsiflər heyətində oturan şəxslərin ədəbiyyatdan xəbərləri olduğuna şübhəm böyükdür.
Mən heç də haqsızlıq etmək niyyətində deyiləm. Sən Bakıda onlarla yazarı qoymusan kənarda, gedib hansı səmimiyyətlə rayonlardan qələm sahiblərini axtarırsan?
Bu gün hansı rayondan hansı potensialla istədikləri güclü yazar tapmaq olar?
Bu ki absurdu. Bakıdakı onlarla yazardan guya xəbərləri yoxdurmu?
Ədəbiyyat gözəllik yarışması, “istedad sorağıyla” pambıq yığan qızların arasından səsi ələ gələnləri seçib şəhərə dəvət eləmək kimi iyrənc qoxunu qəbul etmir, qafil.
Bizlər onların oyunlarından xəbərdarıq. Hamını oyuna qatıb, iştrakçı eləyərək hamımızın başı üzərində ortaya bir-iki yazar çıxarıb sovet dövründəki kimi “istedad “ düzəldəcəklər.
O zaman bunu dövlətin və partiyanın şifarişi ilə edirdilər, bir az da mədəni şəkildə.
İndi isə bunu qrant yeyənlərin, şirkət işlədənlərin, millət vəkilliyində gözü-könlü qalanların, heç bir işdə başarılı olmayıb gözəlliyini ədəbiyyat vasitəsi ilə üzə çıxaranların əlləriylə həyata keçirirlər.
Tarixdə həmişə düzəltmə yazar imici yaradanlar, bu işin qurbanları, bu qurbanlar üzərindən para-pul niyyətinin dozasını gün keçdikcə daha rahat artıranlar olub, olacaq da.
Mən onların çörək pulu çıxarmalarının əleyhinə deyiləm. Yəqin onlar da kirayələrdə yaşayır, uşaqları var, qaz, su, işıq pullarını verməkdə zorlanır.
Soyuqdan əziyyət çəkən uşaqlarına heç dərman almağa imkanları da yoxdur. Hər kəs dolanmalıdır.
Onsuz da dövlət başçısı da çoxlu iş yerlərinin açıldığını deyir. Ancaq ədəbiyyatda belə əxlaqdan uzaq gedişatlar eləmək heç də halal çörək qazanmağa dəlalət etmir.
Bu məsələylə bağlı çox incə məqamlar var. O nöqtələrə toxunmaq istəmirəm. Sadəcə özlərinə hörmət etsinlər. Dedikləri sözlərinin həddini bilsinlər.
Ədəbiyyatımızda xeyrindən çox, zərərini gördüyümdən, mən şəxsən, belə bir müsabiqəni baykot edirəm.
Sonda onu demək istəyirəm ki, ədəbiyyatı, sənəti anlayan sayğılı insanlar yaxşı başa düşürlər, görürlər ki, heç də məqsəd Nigar xanımgilin həyata keçirdiyi müsabiqələrlə kitablar üzə çıxarmaq deyil, kitablardan tonqallar qalamaqdan, mədəniyyətimizin külünü bax bu şəkildə mədəni yollarla göyə sovurmaqdan ibarətdir”.
Əsəd Qaraqaplan: “Bu müsabiqəyə bundan sonra ya ən sadəlövhlər, ya da oyunbazlar qatılacaqlar”
“Bu cür oyunların içində Nobel mükafatını da alıb gətirsən, MKM-ni sənə verməzlər”
Bunu deyən “Halroman” və “XİLASroMAN” kitablarının müəllifi gənc yazar Əsəd Qaraqaplan fikirlərini aşağıdakı əsasları gətirməklə bildirdi:
“Bu ilin mayında başa çatan MKM bir çox məsələnin əsl mahiyyətini bir daha ortaya çıxardı.
Buna görə də şəxsən mən bu müsabiqəyə qatılmayacağımı dəqiq anladım. Üstəlik, mən bu müsabiqəni birmənalı olaraq boykot edirəm.
Bununçün mənim əsaslarım bunlardı:
1. Bu oyunbazlıq müstəvisində Azərbaycanda səmimi heç bir müsabiqə keçirilə bilməz;
2. Bu, təkcə oxucuların yox, başda oturan bir çox yazarın əbəbiyyata, kitaba nifrətini ortaya çıxardı;
3. Bu müsabiqədə dostbazlıq, yerlibazlıq, qohumbazlıq və sifarişlə işləmək var;
4. Bir çox dəyərli yazarları bura cəlb edib, onların adından istifadə etmək və onları uşaq-muşaq qarşısında alçaltmaq cəhdləri var;
5. Heç cür anlaşılmayan odu ki, özünü müstəqil adlandıran müsabiqənin yuxarılarla, konkret olaraq AYB-lə bağlılığı var;
6. Bura cəlb olunan əksər ekspertin, müsifin ya ədəbiyyatdan başı çıxmır, ya da Azərbaycan dilini yaxşı bilməmək problemi var. Halbuki müsabiqə guya millidi.
7. Təşkilatçısı Nigar Köçərli olduğu deyilən müsabiqədə bütün işlər, demək olar ki, Rəşad Məcid kimi bir adam tərəfindən yönləndirilir, kimə nifrəti varsa elə başdan onun əsərini müsabiqədən uzaqlaşdırır, hər yerdə ekspertlərin, müsiflərin adından danışır.
Məncə, bu cür oyunları, ədəbiyyata, kitaba sayğısızlığı görüb də müsabiqəyə qatılan yazar özü də bu oyunbazlardan, bu oyunun iştirakçılarındandı.
Demək istəyirəm ki, bu müsabiqəyə bundan sonra ya ən sadəlövhlər, ya da oyunbazlar qatılacaqlar.
Bu cür oyunların içində Nobel mükafatını da alıb gətirsən, MKM-ni sənə verməzlər”.
Cəlil Cavanşir: “Milli Kitab Mükafatı bir oyundu”
İki romanını (“(K)analiz(asiya)” və “Qeyri-ənənəvi sevgi”) çapa hazırlayan Cəlil Cavanşır bunları söylədi:
Nigar Köçərli bir iş adamı olaraq əslində başarılıdır. MKM Nigar Köçərlinin biznes fəaliyyətinə çox yaxşı təsir göstərib.
Lakin bu ədəbiyyat hadisəsi olduğu üçün layihədə daha ciddi, daha çox ədəbiyyata aidiyyatı olan insanlar münsif kimi iştirak etməli idi.
Əslində son nəticələr yenə də Rəşad Məcid və digərlərinin istədiyi kimi olacaq.
Mən hesab edirəm ki, ədəbiyyatı dərindən bilməyən, öz dilimizdə oxuma-yazma qabiliyyəti sual altında olan insanlar belə ciddi və iddialı müsabiqəyə münsiflik edə bilməzlər.
Əslində MKM-in ciddiliyi keçən ildən sual altındadır. Bu il sadəcə bir neçə ələ oyun gedəcəyi gözlənilir.
Yəqin ki, keçən il olduğu kimi, bu il də nəticələri bir neçə nəfər müəyyənləşdirəcək.
Münsiflərin böyük əksəriyyəti öz dilimizdə olan ədəbiyyatdan xəbərsizdir.
Mən şəxsən müsabiqədən müsbət heç nə gözləmirəm və bu müsabiqəyə qatılmağı əhəmiyyətsiz hesab edirəm.
Düşünürəm ki, ciddi ad altında keçirilən müsabiqələr ciddi şəkildə keçirilməlidir.
MKM bir oyundur və mən qalibləri hakim tərəfindən təyin olunan oyuna qatılmaq istəmirəm”.
Şahlar Ruhi: “Münsiflər heyətinin hamısı AYB-nin üzvidir”
“Bir cüt cansız” adlı romanını çapa hazırlayan gənc yazar Şahlar Ruhi bu məsələylə bağlı öz fikirlərini belə ifadə elədi:
“Milli Kitab Müsabiqəsində iştirak etməyəcəyəm, çünki bu müsabiqənin qaydaları heç bir reqlamentə və əqli düşüncəyə sığmır.
Şübhə edirsiniz? Gəlin sizə bunu sübut edim.
1) Nəticəsi əvvəldən məlum olan yarışmaya niyə qatılasan ki? Çünki məqsədli oyunbazlar yenə öz işlərini görəcəklər.
2) Müsabiqədə yazıların nəyə görə seçildiyi məlum deyil. Məsələn, fantastik üslubda roman yazanla detektiv üslubunda yazan yazarı necə müqayisə edəsən?
3) Münsiflər heyəti obyektiv olmaya bilər. Əzizlərim, yəqin ki, TQDK imtahanında olanlar bilirlər ki, imtahanın nəticələrinin obyektivliyinə şübhə edənlər apeliyasiya komitəsinə müraciət edə bilərlər, bəs bu yarışmada?
Biz niyə yaradıcılığımızı kiminsə əhval ruhiyyəsindən asılı vəziyyətə salmalıyıq?
4) Münsiflər heyətinin əksəriyyəti AYB-nin üzvləridir. Bu, imkan verir ki, istənilən AYB-çi, əsərinin keyfiyyətinə baxmayaraq, yarışmada irəliləsin. Bu, digər yazarlara qarşı haqsızlıqdır.
5) İşarə məhdudiyyəti mənasızdır. Əzizlərim, yazar olmaq üçün ancaq kitabmı yazmaq gərəkir?
Tutalım mən 3 səhifəlik hekayə sujeti düşünmüşəm, niyə onu saqqız kimi uzadıb 30 səhifə eləməliyəm?
Ya da başqa bir misal, kəmiyyət keyfiyyətdirmi? Gəlin, keçən ilin qalibi Elxan Qaraqanın “A” romanı ilə O.Henrinin “Hədiyyə” adlı hekayəsini müqayisə edək, hansı mənalıdır?
Bu yarışmanın məqsədi də aydın deyil. Əgər təşkilatçılar ictimaiyyətin diqqətini ədəbiyyata çəkmək istəyirlərsə, yol səhvdir, çünki gördüklərini analiz edən istənilən şəxs yuxarıda qeyd etdiyim 5 səhvi zatən görər.
Əgər məqsəd gənc yazarları ictimaiyyətə tanıtmaqdırsa, xalq yazıçıları, məşhur yazıçılar bu yarışmada iştirak etməməlidirlər ki, yenilərin şansı olsun...”
Gənc yazar Məcid Həsənli isə öz fikirlərini belə bildirdi:
“Keçən Milli Kitab Mükafatından göründü ki, müsabiqə reallıqdan çox uzaqdı.
Daha layiqli namizədlər ola-ola, həvəskar bir yazana mükafat verildi.
Yəni qısası, bu müsabiqə də Azərbaycansayağı keçdi.
20-likdə Həmid Herisçini, Rafiq Tağını görəndə çox ümidlənmişdim ki, deyəsən, bizdə də nəsə inkişaf var.
Sonda ümidlərim suya qərq oldu. Köhnə qaydalı seçim, plagiat lauerat. Bunları görəndə adamda müsabiqəni ciddiyə almamaq hissləri yaranır.
Amma ikinci variant da var - B planı – gedim bir Hollivud filminə baxım roman yazıb göndərərəm.
Amma gərək məni birinci yerə seçsinlər. Yoxsa yazmaram. İndi gözləyirəm.
Əgər rəsmi məktub gəlsə ki, səni birinci yerə qoymuşuq, onda iki günə bir kinoya baxıb roman yazaram.
Hekayələr, şeirlər müəllifi gənc doqquziqlimçi Namiq Rəssam bunları söylədi:
“Sən demə, AYB yenə müsabiqə keçirirmiş, xəbərimiz yox.
Bu xəbəri günlər öncə Əsəd Qaraqaplandan eşitdim. Fikrim hələ yerlərə enməmişdi ya nədən, Qaraqaplanın bu qara libaslı xəbərini elə də ciddiyə almadım.
Ama düşünməyə vadar etdi məni, düşündüm. Yəni doğrudanmı, AYB keçən ilki biabırçılığı təkrarlayacaq?
Yəni həqiqətənmi, ərəfə məğlubiyyətini boynuna halal borc kimi alanlar tapılacaq?
Mən bu sözümlə AYB-ni təhqir etmək istəmirəm. Yox, qətiyyən elə deyil. Bu sözlərin, ümumiyyətlə, AYB adlanan quruma aidiyyatı belə yoxdur.
Bütün müsəlman səmimiyyətimlə deyirəm. Qəsdim pis deyil, Tanrı vaqif. Sözdü də indi, yazdım getdi.
Çox da ürəyinizə almayın. Ama inanmıram ki, növbədəki xəbərə ürək dözə.
Anladım ki, bu müsabiqəyə qatılmaq olmaz! Biz kitabı qulaqlarımızla oxumuruq, əfəndilər!!!”
Bundan əvvəl Azad Yazarlar Ocağı da MKM-ə qatılmayacağını bəyan etmişdi.
Müəllif: Əsəd Qaraqaplan