Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkədə media ombudsmanı yaradılmalıdır. Ancaq media ombudsmanının səlahiyyətlərinininsan haqları müvəkkilinə - ombudsmana verilməsi ilə bağlı fikirlər də səslənir. Ombudsman Elmira Süleymanova dekabrın 10-da jurnalistlərə açıqlamasında deyib ki, hələlik məsələ ilə bağlı müzakirələr davam edir:
“İstər bu işlər ombudsmana tapşırılsın, istər ayrıca qurum yaradılsın, ən əsası odur ki, səmərəli olsun. Bu qurum ombudsmanın tərkibində yaradılsa da çox müstəqil olacaq”.
Elmira Süleymanova bildirib ki, qurum Ombudsman Aparatının tərkibində yaradılsa, yeni ştat vahidləri alınacaq, işə professional jurnalistlər cəlb ediləcək. İnsan Haqları Müvəkkili onu da bildirib ki, ombudsman haqqında qanun konstitusiya statuslu olduğu üçün qərarı parlament verməlidir. Onun sözlərinə görə, parlamentdə plenar müzakirələr 6 ay sonra davam edəcək.