Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:11

Baş Prokurorluq AXCP funksionerinin həbsinə icazə verməyib


Dekabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı qaldırdığı xüsusi ittiham üzrə işə baxıldı.

Hakim bildirib ki, Fuad Qəhrəmanlı deputatlığa namizəd olduğu üçün onun həbs olunması qərarını ancaq baş prokurorluq verə bilər.

Baş prokurorun birinci müavini Rüstəm Usubovun məhkəməyə göndərdiyi məktub oxundu. Məktubda bildirilir ki, Hafiz Hacıyevin qaldırdığı iddia üzrə Fuad Qəhrəmanlıya cinayət işi açılmasına Baş Prokurorluq icazə vermir. Bununla da məhkəmə işi icraata almaqdan imtina edib.
XS
SM
MD
LG