Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

"Ayı məhkəməsi" qarşısında aksiya


Dekabrın 10-da Yasamal Rayon Məhkəməsinin qarşısında “Dalğa” gənclər təşkilatının üzvləri, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşları iddiaya etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçılarından iki nəfər - Elmin Bədəlovla Emil Salamoğlu saxlanaraq Yasamal rayon polis idarəsinə aparılıblar.

Bu gün ZQAN Holdinqin başçısı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməliydi. Ancaq hakim məzuniyyətdə olduğundan proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

İddiaya səbəb “Azadlıq” qəzetinin 2 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı yazıdır. Məqalədə qeyd olunur ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov 1 milyon manat verib Qəbələ rayonunda Fövqəladə Hallar nazirinə məxsus restoranda saxlanan ayını kəsdirib, kabab bişirtdirib. Bundan sonra “Yeni Müsavat” qəzeti də bu məlumatı bir qədər əlavələr etməklə dərc edib.

Anar Məmmədov şərəf və ləyaqətinin tapdandığını əsas gətirərək məhkəməyə müraciət edib. O, qəzetlərin hər birindən 250 min manat təzminat istəyir.
XS
SM
MD
LG