Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 08:56

Minsk vahid iqtisadi məıkanla bağlı bütün sənədlərə imza atacaq


Minsk yanvarın 1-dək Rusiya, Belarus və Qazaxıstanın daxil olacaqları vahid iqtisadi məkanla bağlı bütün sənədləri ratifikasiya edəcək.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko cümə axşamı Gömrük İttifaqının ali orqanının Moskvada keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Rusiya ilə Belarus həmçinin bundan əvvəl neftə görə gömrük haqqını ləğv etmək razılığına gəliblər.

Tərəflər Rusiya qazının qiymətini də müzakirə ediblər.

Belarus 2011-ci ildə qazın hər min kub metrinə görə Rusiyaya nəzərdə tutulduğu kimi təxminən 220 dollar ödəyəcək.
XS
SM
MD
LG