Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:54

Çin bu gün özünün sülh mükafatını təqdim edib


Mükafat Çinlə münasibətlərin normallaşmasında oynadığı rola görə, Tayvanın keçmiş baş naziri Lyan Çana verilib.

Bu mükafata görə 15 min dollar məbləğində pul verilir.
Amma Lyan Çanın ofisi onun bundan xəbərsiz olduğunu və Pekinə getmək fikrində olmadığını bildirir.

Çin Kanfusi mükafatını Nobel sülh mükafatına alternativ sayır.

Qeyd edək ki, Nobel sülh mükafatı bu il hazırda həbsdə olan çinli dissident Lyu Tsyaboya verilib.

Çin Nobel Komitəsinin qərarını ittiham edib və mükafatı almaq üçün Lyu Tsyabonun

Oslaya getməsinə icazə verməyib.

Çümə günü Osloda Nobel sülh mükafatının təqdimat mərasimi keçiriləcək.

Norveç Nobel Komitəsi Çin və digər 18 ölkənin mərasimə qatılmayacaqlarını bildirib.
XS
SM
MD
LG