Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 17:17

Bosniyalı müsəlmanların lideri öldürülüb

Kosovada bosniyalı müsəlmanların lideri 30 yaşlı Şefko Salkoviç öldürülüb.

Yerli polisin məlumatına görə, Salkoviçin olduğu avtomobil yaxın məsafədən atəşə tutulub.

Yerli icmanın lideri dekabrın 12-də keçiriləcək parlament seçkilərinin təşkili ilə əlaqədar hökumətlə əməkdaşlıq edirdi. Kosovanın şimalında yaşayan əhalinin əksəriyyəti serblərdir, onlar seçkini boykot etmək niyyətindədirlər.

Rəsmi Belqrad və Kosovanın serb əhalisinin əksəriyyəti Kosovanın müstəqilliyini tanımır. Kosova 2008-ci ildə müstəqilliyini elan edib.
This item is part of
XS
SM
MD
LG