Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:27

Gənclər naziri tələbələrlə görüşüb


“Biz bu gün uzun çıxışlar etməkdənsə, sizi dinləməyə üstünlük veririk”.

Gənclər və İdman Nazirliyinin məlumatına görə, bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov İngiltərədə təhsil alan Azərbaycanlı tələbələrlə görüşü zamanı deyib.

“Bu gün biz burada uzun-uzadı çıxış etməkdənsə, sizin problemləri dinləyib, onların həlli yollarını tapmağa, istəklərinizlə daha yaxından tanış olmağa üstünlük veririk. Odur ki, bu kimi görüşlərdə hər birinizin aktiv iştirakı bizim üçün xüsusi önəm daşıyır”.

Nazir bu görüşlərin Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə və digər ölkələrdə təhsil alan tələbələrlə də planlaşdırıldığını bildirib.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar olaraq ümumi məsələlərin müzakirə edilməsi məqsədilə Gənclər və İdman naziri Azad Rəhimovla yanaşı səfərə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Təhsil nazirinin müavini Elmar Qasımov da yollanıblar.
XS
SM
MD
LG