Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

«Şimali Koreyadan artan təhlükə dayandırılmalıdır»


ABŞ-ın birgə hərbi qərargahlar rəisi, admiral Mayk Müllen hesab edir ki, Şimali Koreyadan artan təhlükə dayandırılmalıdır.

Tokioda çıxış edən Müllen qeyd edib ki, ABŞ, Yaponiya və Şimali Koreya ilə 3 tərəfli hərbi əlaqələri təcili olaraq gücləndirmək lazımdır. Admiral onu da bildirib ki, Şimali Koreya ilə münasibətlər proporsional olmalı və münaqişə genişlənməməlidir.

Bununla belə Mayk Mullen Şimali Koreya üzərində daha çox təzyiqi olan Çini sərt addımlardan çəkindirmək üçün Pxenyana kifayət qədər təsir göstərməməkdə günahlandırıb.

Koreya yarımadasında vəziyyət bu yaxınlarda Şimalın - Cənubi Koreya adasını atəşə tutmasından sonra gərginləşib.
XS
SM
MD
LG