Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 18:08

Ən uzun körpü istifadəyə verildi


Körpü Şəkinin 21 kəndini əhatə edir
Körpü Şəkinin 21 kəndini əhatə edir
Dekabrın 8-də Şin çayının Şəkinin İnçə kəndindən keçən hissəsində Azərbaycanın ən uzun körpüsü istifadəyə verilib.

Bu körpü Şəkinin 21 kəndini əhatə edir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı deyib ki, bu körpünün istifadəyə verilməsi dünyanın, eləcə də Azərbaycanın mədəniyyət və turizm mərkəzlərindən biri olan Şəki şəhərinin inkişafı üçün yeni imkanlar açacaq.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC-nin inşa etdiyi körpünün tikintisinə 2007-ci ilin mayında başlanıb. İnçə kəndi ərazisində Şin çayı üzərində salınan, Şəki və Qax rayonları arasında olan kəndləri birləşdirən bu körpünün ümumi uzunluğu 1300, eni isə 13 metrdir. Yol qovşağı 6 körpü və 5 suötürücüdən ibarətdir. Körpünün mühafizə qurğularının uzunluğu 1240 metrdir. /AzərTAc/
XS
SM
MD
LG