Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:35

Britaniya Vilki Liksin yazdıqlarını inkar edir


Britaniyanın hakim dairələri Şotlandiyada həbsdə olan liviyalı Abdel Basid əl Meqrahinin

Tripolinin təzyiqi ilə azad edilməsi barədə fikirləri bir daha inkar edib.

Bu bəyanat Viki Lik saytının ABŞ Dövlət Departamenti barədə yeni məxfi sənədlər yaymasından sonra verilib.

Bu sənədlərə görə, Birləşmiş Ştatların Liviyadakı səfiri Çin Kretsin məktubunda bildirilir ki,
Liviyanın hakim dairələri xəbərdarlıq edib ki, əgər əl Meqrahi buraxılmasa bu əməkdaşlığa xələl gətirəcək.

ABŞ sərnişin təyyarəsinin Şotlandiya üzərində partladılmasına görə, ömürlük həbs cəzasına məhkum edilmiş Meqrahi 2009-cu ilin avqustunda azad edilib.

Həmin vaxt onun səhətinin pisləşdiyi və ömrünə cəmi bir neçə ay qaldığı bildirilirdi.
XS
SM
MD
LG