Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Nardaran sakini hədələndiyini deyir


Bakının Nardaran kəndindən olan hüquq müdafiəçisi Rasim Əlizadə polis hədələrinə məruz qaldığını iddia edir. Əlizadənin sözlərinə görə, onu Sabunçu rayon 14-cü polis bölməsinin rəisi Zaur Bədəlov həbslə hədələyir. Hüquq müdafiəçisi artıq bu barədə prezident, daxili işlər naziri və ombudsmana müraciət etdiyini bildirir.

Rasim Əlizadə deyir ki, bölmə rəisinin hədələrinə səbəb onun bir neçə gün əvvəl Norveç İnsan Hüquqları Evində Nardarandakı sosial vəziyyətin çətinliyindən danışması olub:

“Mən hədələnən kimi Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət elədim. Oradan mənə bildirdilər ki, hər hansı hadisə baş verərsə, yenidən bu xidmətə müraciət edin. Mən bilmirəm, həbs olunandan, üstümə narkotika və ya silah qoyulandan sonra mən hara müraciət edə biləcəm?”

Sabunçu rayon 14-cü polis bölməsinin rəisi Zaur Bədəlov isə Rasim Əlizadənin dediklərini təkzib edir:

“Onu heç kim hədələmir, bizdə torpaq satqısı ilə bağlı material var, torpağı başqasına satıblar və onunla bağlı istintaq gedir. Biz də ona deyirik ki, gəlsin istintaqa. Onu heç kim nə təqib, nə də təhqir edir”.

Rasim Əlizadə isə hədələrin ciddi olduğunu və günahsız həbs olunacağından ehtiyatlanaraq öz evinə belə getmədiyini bildirir.
XS
SM
MD
LG