Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:26

Ermənistan tanınmamış subyektlərlə müqavilə imzalanmasını nəzərdə tututan sənəd qəbul edib


Ermənistan parlamenti “Beynəlxalq müqavilələr haqqında qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, bu qanun tanınmamış subyektlərlə rəsmi müqavilələr bağlamaq və bu müqavilələrin parlamentdə ratifikasiyasına imkan açacaq.

Layihəni təqdim edən xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib ki, sənəddə nəinki Dağlıq Qarabağ, həm də digər tanınmamış respublikalarla əməkdaşlıq nəzərdə tutulur.

O, qeyd edib ki, Dağlıq Qarabağın tanınması Ermənistanın siyasi gündəmindədir, amma hələlik bunun vaxtı çatmayıb.
XS
SM
MD
LG