Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Azərbaycanda 30 min sənədsiz adam var


"Hazırda Azərbaycanda sənədsiz yaşayanların sayı 30 mindən artıqdır”

Bunu dekabrın 8-də “Sənədsiz və vətəndaşlığı olmayan şəxslərin problemləri” ilə bağlı keçirilən konfransda “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət Əliyev deyib.
Onun sözlərinə görə, sənədsiz adamların çoxunu Gürcüstan və Ermənistandan gələnlər təşkil edir.

Əlövsət Əliyev bildirir ki, sənədsiz və etibarsız sənədlə yaşayan bu qədər adam ən adi hüquq və azadlıqlardan məhrumdurlar. Mərkəz rəhbərinə görə, həmin şəxslər sənədsiz olduqlarından zorakılıq və s. hallarla üzləşəndə hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinir, tədricən başqalarından asılı vəziyyətə düşürlər, müxtəlif cinayətlərin, o cümlədən insan alveri cinayətinin potensial qurbanına çevrilirlər.

Əlövsət Əliyevə görə, 2010-cu ildə onlara 2 mindən çox sənədsiz şəxs müraciət edib və onlardan min nəfərinə birbaşa hüquqi yardım göstəriblər. Həmin şəxslərlə bağlı ayrı-ayrı dövlət orqanlarına müraciətlər olunub. Nəticədə il ərzində müraciət edənlərdən 51 nəfəri Azərbaycan ərazisində şəxsiyyəti təsdiq edən sənədlə təmin olunub.
XS
SM
MD
LG