Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Ucar sahibkarlarına dövlət kediti verilməsinə başlanacaq



Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ucar rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

APA-nın məlumatına görə, Fond Ucar rayonu üzrə intensiv heyvandarlığın (o cümlədən camışçılığın), ətlik istiqamətli quşçuluğun və bağçılığın (nar, heyva, xirnik və s.) inkişafı, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir tələblərə cavab verən soyuducu anbar kompleksinin yaradılması istiqamətlərdə investisiya layihələrini maliyyələşdirmək istəyir.

Dekabrın 7-dən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.
XS
SM
MD
LG