Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 05:42

Benəzir Bhuttonun qətlinin qarşısı alına bilərmiş


Pakistan məhkəməsi 2 keçmiş polis zabitinin həbsinə sərəncam verib.

Onlar keçmiş baş nazir Benəzir Bhutonun qətlində ittiham olunurlar.

Qətlin törədildiyi Ravalpindi şəhərinin keçmiş polis rəisi Səud Əziz və onun köməkçisi
Xürrəm Şahzad səhlənkarlıq və istintaqın gedişində səhvə yol verməkdə ittiham olunurlar.

BMT-nin komissiyası bu ilin aprelində bəyan edib ki, əgər bütün təhlükəsizlik tədbirləri görülsəydi qətlin qarşısı alına bilərdi.

Uzun mühacirətdən sonra ölkəyə dönən Benəzir Bhutto 2007-ci ilin dekabrında seçkiqabağı mitində öldürülüb.
XS
SM
MD
LG