Bu məlumatı İtaliyanın nüfuzlu “Gazzetta dello Sport” nəşri yayıb.
Qəzetin məlumatına görə, dünyanın ən yaxşı futbolçusunu seçmək üçün keçirilən səsvermənin nəticələri artıq onlara məlumdur.
“Gazzetta dello Sport” iddia edir ki, birinci üçlüyü “Barcelona”nın liderləri tuturlar. Andres İnyestanı müvafiq olaraq Katolon klubunun digər üzvləri Çavi Hernandes və Lionel Messi izləyir.
İnyesta və Çavi bu yay Cənubi Afrikada keçirilən Dünya Çempionatında İspaniya millisinin tərkibində çempion titulunu qazanıblar.
İnyesta Hollandiya ilə keçirilən final oyununda vurulmuş yeganə qolun müəllifi olub.
Lionel Messi ötən il dünyanın ən yaxşı futbolçusu seçilib.
Qızıl topun qalibi gələn il yanvarın 10-u Sürixdə élan edilməlidir.
“Gazzetta dello Sport” əvvəllər də bir neçə dəfə səsvermənin rəsmi nəticələri elan edilməmişdən qaliblərin adlarını açıqlayıb.
Qızıl top mükafatı 1956-cı ildə Fransanın “France Football” həftəliyi və UEFA tərəfindən təsis edilib. 2009-cu ilə qədər bu mükafat Avropanın ən yaxşı futbolçusuna verilib.
Bu il isə mükafatın qaydalarında dəyişiklik edilib: Qızl top və və FİFA-nın dünyanın ən yaxşı oyunçusuna verdiyi mükafat birləşdirilib və müsabiqə FİFA-nın Qızıl top mükafatı adlandırılıb.