Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Gürcüstan Rusiya tankerini saxlayıb


Gürcüstanın Poti limanında Rusiya bayrağı altında üzən “Kazan siti” gəmisi saxlanıb.

Bu barədə Rusiyanın İnterfaks və İTAR-TASS agentlikləri xəbər verirlər.

Sahil mühavizə xidmətinin məlumatına görə, heyətin sayıqsızlığı ucbatından dənizə böyük miqdarda neft məhsulları axıb.

Kəminin sahibi 40 min dollara yaxın cərimə ödədikdən sonra tanker Potini tərk edə bilər.

Məlumatlara görə kapitan və heyət üzvləri saxlanmayıb,onlar şəhərdə sərbəst gəzə bilərlər.
XS
SM
MD
LG