Keçid linkləri

2025, 27 Dekabr, şənbə, Bakı vaxtı 07:36

Bakıda yaşayış binasında yanğın olub


Hadisə Binəqədi rayonundakı üçmərtəbəli yaşayış binasında baş verib.

Fövqəladə Halla Nazirliyinin məlumatına görə, yanğın 1-ci mərtəbədəki 90 kvadrat metrlik 3 otaqlı mənzildən başlayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər binanın 2-ci və 3-cü mərtəbələrindən 3 nəfəri çıxarıb, yanğını söndürüblər.

Ölən və ya xəsarət alan yoxdur.
XS
SM
MD
LG