Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:38

ARDNŞ ilə BP Azərbaycan memorandum imzalayıblar


Azərbaycan Dövlət Neft Şirkətinin Geologiya və Geofizika İdarəsi ilə «BP Azerbaijan» şirkəti arasında «Texniki xidmətlərin göstərilməsinə dair» anlaşma memorandumu imzalanıb.

APA agentliyinin Dövlət Neft Şirkətinə istinadla verdiyi məlumata görə, sənədi Geologiya və Geofizika İdarəsinin rəisi Vaqif Abdullayevlə «BP Azerbaijan» şirkətinin kəşfiyyat işləri üzrə vitse-prezidenti Qreq Rayli imzalayıblar.

Sənəddə tərəflərin gələcəkdə kəşfiyyat, seysmik məlumatların emalı, geoloji və geofiziki xəritələrin hazırlanması habelə digər texniki xidmətlərin göstərilməsi məqsədi ilə ümumi müqavilə imzalanması nəzərdə tutulur.
XS
SM
MD
LG