Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:12

Obama Əfqanıstana gözlənilməz səfər edib


ABŞ prezidenti Barak Obama Əfqanıstana gözlənilməz səfər edib.

O, Kabilin ətrafında yerləşən Baqram hava bazasında ABŞ əsgərləri qarşısında çıxış edərkən talibançılarla mübarizədə hərbi missiyanın uğurlu olacağına ümidlə yanaşdığını bildirib.

Obama qeyd edib ki, indi talibançıların əlində daha az rayon, işıqlı gələcəyə isə daha çox əfqanın imkanı var.

Hava şəraiti pis olduğundan Barak Obama Kabilə uça bilməyib və əfqanıstanlı həmkarı Həmid Kərzai ilə telefonla danışıb.

O, səfər zamanı həmçinin Əfqanıstandakı koalisiya qüvvələrinin komandanı general Devid Petreus və Birləşmiş Ştatların bu ölkədəki səfiri Karl Eykenberiylə görüşüb.
XS
SM
MD
LG