Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 02:51

Azərbaycanda «quş qripi» tapılıb


Analiz nəticəsində ev quşlarından birinin qanında H5N1 virusu olması təsdiq olunub
Samux rayonunda “quş qrip”i (H5N1 virusu) tapılıb. Bu haqda Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev APA-ya məlumat verib.

Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov AzadlıqRadiosuna deyib ki, şübhəli hesab etdikləri iki ev quşunun cəsədi və 30 baş quşun qan nümunəsi yoxlanması üçün Respublika Baytarlıq İdarəsinə göndərilib.

Səhiyyə Nazirliyi Samuxdan göndərilən quşlarından birinin qanında H5N1 virusu aşkarlandığını açıqlayıb.

Respublika ərazisində quş qripinə qarşı monitorinqlərə başlanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG