Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:46

Samux rayonunda “quş qrip”i tapılıb


Samux rayonunda “quş qrip”i (H5N1 virusu) tapılıb. Bu haqda Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev məlumat verib.

Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov AzadlıqRadiosuna deyib ki, şübhəli hesab etdikləri iki ev quşunun cəsədi və 30 baş quşun qan nümunəsi yoxlanması üçün Respublika Baytarlıq İdarəsinə göndərilib.

Analiz nəticəsində ev quşlarından birinin qanında H5N1 virusu olması təsdiq olunub.

Respublika ərazisində quş qripinə qarşı monitorinqlərə başlanıb.
XS
SM
MD
LG