Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:33

Azərbaycanla Türkiyə arasında tam qarşılıqlı etimad var


“Azərbaycanla Türkiyə arasında tam qarşılıqlı etimad var.
Hörmətli Əliyev Astanadakı görüşümüzdə bu məsələyə üzüldüyünü dedi.
Mən də cavab verdim ki, üzülməyə gərək yoxdur, biz onsuz da orada yazılanlara inanmırıq”.

APA-nın m[lumatëna görə, bu sözləri ATƏT-in Astana sammitindən qayıdan Türkiyə prezidenti Abdulla Gül jurnalistlərin Viki Liks saytının yaydığı məlumatlarla bağlı jurnalistlərin suallarına cavab verərkən deyib.

O, bildirib ki, bölgədə həyata keçirilən enerji layihələrində Azərbaycan və Türkiyənin ortaq maraqları var.

Abdulla Gül medianı Viki Liksin tələsinə düşməməyə çağırıb və qeyd edib ki, bunlar bizim daxili siyasətimizə təsir etməməli, enerjimizi almamalıdır.
XS
SM
MD
LG