Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:58

Əli Həsənov “WikiLeaks"in materiallarını təxribat sayır


“WikiLeaks"in materialları təxribat xarakteri daşıyır”.

Bunu bu gün jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, bu məlumatlar ölkələri, ölkələrin rəhbərlərini qarşı-qarşıya qoymaq məqsədi ilə və onlar arasında etimadsızlıq yaratmağa cəhd göstərilməsi üçün yayılıb.

WikiLeaks-in noyabrın 28-də yaydığı və dünya mediasının gündəmindən düşməyən məlumatlarında ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi gizli məktublar olduğu iddia edilən sənədlərdən bəhs olunur.

Həmin sənədlər arasında ABŞ rəsmilərinin prezident İlham Əliyevlə görüşlərindən qeydlər adlanan məktublar da var.
XS
SM
MD
LG