Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 18:53

2018-ci və 2022-ci illərdə dünya çempionatının keçiriləcəyi ölkələr məlum olacaq


Bu gün Sürixdə 2018-ci və 2022-ci illərdə futbol üzrə dünya çempionatının hansı ölkələrdə keçiriləcəyi məlum olacaq. FİFA-da bununla bağlı səsvermə keçiriləcək.

Bukmeykerlər 2018-ci il dünya çempionatının keçiriləcəyi ölkə kimi Rusiyanı daha şanslı hesab edirlər. Rusiyadan sonra isə İngiltərənin şansları yüksək qiymətləndirilir.

Rusiya və İngiltərədən sonra İspaniya-Portuqlaya və Hollandiya-Belçika cütlüklərinin şansları yüksəkdir.

2022-ci ildə dünya çempionatının keçiriləcəyi ölkələr sırasında ABŞ, Qətər, Yaponiya, Cənubi Koreya və Avstraliya iddiaçıdır. Bukmeykerlər bu ölkələr arasında daha çox ABŞ-ı sanslı sayırlar.

FİFA-da keçirilən səsvermənin nəticələri Bakı vaxtı ilə saat 19.00-da məlum olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG