Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 23:25

Belarus nüvə materiallarından imtina edəcəyini bildirib

Belarus 2012-ci ilədək nüvə silahlarının istehsalında istifadə oluna bilən bütün materiallardan imtina edəcəyini bəyan edib.

Birləşmiş Ştatlar Minskin bu niyyətini alqışlayıb.

ABŞ Dövlət katibi Hillari Klinton ATƏT-in Astana sammiti çərçivəsində Belarusun xarici işlər naziri Sergey Martınovla görüşdə Minskin bu qərarını qəti və vacib addım adlandırıb və bildirib ki, Vaşinqton bu planın həyata keçirilməsində Belarusa texniki və maddi yardım göstərəcək.

Belarus Sovet İttifaqı dağıldıqdan sonra - 1994-cü ildə nüvə silahlarından imtina etsə də onda hələ də yüksək zənginləşdirilmiş uran ehtiyatı var.
This item is part of
XS
SM
MD
LG