Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:44

Mərkəzi Bank iki bankın lisenziyasını ləğv etdi


Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Debütbank”ASC və “Kövsərbank”ASC-nin lisenziyaları ləğv edilib.

Mərkəzi Bankın məlumatına görə, bu bankların lisenziyaları minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, Mərkəzi Bankın göstərişlərinə riayət etmədiyinə görə ləğv edilib.

“Debütbank” ASC və “Kövsərbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub. Müvəqqəti inzibatçılar bankların yerləşdiyi müvafiq ünvanlarda fəaliyyət göstərir.
XS
SM
MD
LG