Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:35

Görkəmli rus şairəsi vəfat edib


Bella Axmadulina, 1962
Bella Axmadulina, 1962
Görkəmli rus şairəsi Bella Axmadulina vəfat edib. Bu haqda onun həmkarları məlumat verib.

Axmadulina Peredelkinoda 74 yaşınada ölüb.

Şairənin həyat yoldaşı rəssam Boris Messerer deyib ki, “Bella ürək-damar çatışmazlığından əziyyət çəkirdi”.

Mədəniyyət naziri Aleksandr Avdeyev bildirib ki, Axmadulinanın ölümü bütün rus poeziyasına böyük zərbədir:

“Bizim hər birimiz indi dərin hüzn içindəyik. Biz hamımız onilliklər boyu Axmadulinanın və onun valehedici yaradıcılığı ilə qürur duymuşuq”.

“Bella Axmadulina fövqəladə şair və heyrətamiz qadın idi”.

Bunu isə şair Andrey Dementyev deyib:

“Bir müddət əvvəl biz Andrey Voznesenskini itirdik, indi isə Bellanı”...

Mən onu ədəbi gecələrdən, lap gənc illərindən tanıyıram.

O şeirlərini başını dik tutaraq oxuyurdu. Bu şerlərdə nə qədər musiqi, ilham, cazibə və qadın məlahəti vardı”.

Axmadulina, 1984
Şairənin ölümü ilə bağlı prezident Dmitri Medvedev də onun yaxınlarına başsağlığı verib.

Bella Axmadulinaya sovet dövrünün dissident yazarı demək olmazdı, amma o dövrün boz ədəbi mühitində imtiyaz qazanmağı qarşısına məqsəd qoymayan, onu sıxan mühit haqda real yazan şairlərdən idi.

Bella Axmadulina 1937-ci il aprelin 10-da Moskvada doğulub.

Onun atası milliyətcə tatar idi. O, nazir müavini işləyib.

Anası isə italyan mənşəli idi, KQB-də tərcüməçi işləyib.

Bella Axmadulina şeir yazmağa məktəb illərindən başlayıb.

1957-ci ildə “Komsomolskaya pravda" qəzetində tənqidə tuş gəlib.

Ədəbiyyat İnstitutunu 1960-cı ildə bitirib. Boris Pasternaka qarşı hücumlara dəstək vermədiyi üçün institutdan qovulub, amma sonradan instituta bərpa edilib.

1964-cü ildə "Живёт такой парень" filmində jurnalist roluna çəkilib.

"Озноб" (1968), "Уроки музыки" (1970), "Стихи" (1975), "Метель" (1977), "Свеча" (1977), "Тайна" (1983), "Сад" (1989) adlı kitabları çıxıb.

Axmadulina, 2010
Axmadulinanın poeziyası üçün gərgin lirik əhval-ruhiyyə, keçmişin poeziya ənənələri ilə səsləşmə xarakterikdir.

1979-cu ildə Axmadulina senzuradan gizli buraxılan "Метрополь" ədəbi almanaxının yaradılmasında iştirak edib.

Axmadulinaya öz müasirləri haqqında xatirələri, bundan başqa Puşkin və Lermantov haqqında esselər qələmə alıb.

SSRİ dağılana yaxın - 1989-cu ildə dövlət mükafatına layiq görülüb.

Bella Axmadulinanın şeirlərini oxu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG