Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:43

Prezident “Wikileaks”-də yazılanları təkzib etdi


Azərbaycan prezidentinin mətbuat xidməti “Wikileaks” saytının Azərbaycanın da adı keçdiyi sənədləri dərc etməsi ilə bağlı açıqlama yayıb.

Prezident.az saytında yerləşdirilmiş açıqlamada deyilir ki, “saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur”.

“Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyil.

Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub”.

WikiLeaks-in noyabrın 28-də yaydığı və dünya mediasının gündəmindən düşməyən məlumatlarında ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi gizli məktublar olduğu iddia edilən sənədlərdən bəhs olunur.

Həmin sənədlər arasında ABŞ rəsmilərinin prezident İlham Əliyevlə görüşlərindən qeydlər adlanan məktublar da var.
XS
SM
MD
LG