Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 09:55

Avropa Birliyinin Bakıda qapalı toplantısı keçirilir


İCTİMAİ-SİYASİ DURUM MÜZAKİRƏ EDİLİB

Görüşdə iştirak edən “ReAL” Vətəndaş Hərəkatının həmtəsisçisi İlqar Məmmədov AzadlıqRadiosuna deyib ki, toplantıda Azərbaycanda ümumi ictimai-siyasi durum müzakirə edilib: “Bu, Avropa Birliyi təmsilçilərinin Azərbaycan hökumət nümayəndələri ilə görüşünə hazırlırq xarakteri daşıyırdı”.

Onun sözlərinə gərə, görüşdə demokratiyanın inkişafı ilə bağlı bir sıra məsələlər də müzakirə mövzusu olub.

QAPALI TOPLANTI


Noyabrın 30-da Bakıda ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə üzrə Avropa Birliyi-Azərbaycan alt komitəsinin ilk iclası başlayıb. Toplantı qapalı keçirilir və dekabrın 1-də də davam edəcək.

İclasa xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Avropa Komissiyasının Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz bölməsinin rəhbəri Jon Kjaer həmsədrlik edir.

Kjaer deyib ki, “biz hökumətlə müzakirələr aparacağıq. Ədliyyə, azadlıq, təhlükəsizlik və demokratiya fundamental Avropa dəyərləridir. Azərbaycanın bu sahədəki öhdəliklərini müzakirə etməyə hazır olması bizi ruhlandırır”.

İclasın birinci günü əsasən insan hüquqları, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar, insan hüquqları müdafiəsi sahəsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Seçkilər, toplaşmaq və təşkilatlanmaq azadlığı, o cümlədən, mülki cəmiyyətin fəaliyyəti məsələlərinə xüsusi diqqət yetiriləcək.

Dekabrın 1-də keçiriləcək ikinci iclas günündə isə qanuni və qanunsuz miqrasiya və sərhəddən keçid məsələləri, mütəşəkkil cinayətkarlıq və qanunun tətbiqi, terrorçuluğa qarşı mübarizə, o cümlədən terrorçuluğun maliyyələşdirilməsi, hüquqi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

İclasdan əvvəl Avropa Birliyi nümayəndələri qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və Bakıdakı diplomatik missiyalarla ikitərəfli görüşlər keçiriblər.
XS
SM
MD
LG