Dörd beynəlxalq jurnalist təşkilatı Avropa Şurası Nazirlər Komitəsinin iclasında Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevin birgə müdafiəsi ilə bağlı missiya həyata keçirəcək. Bunlar Article 19, İnsan Haqları Evi, Sərhədsiz Reportyorlar və Dünya Qəzetlər və Naşirlər Assosiasiyasının nümayəndələridir.
Həmin təşkilatlar noyabrın 28-də yaydıqları birgə məlumatda qeyd edirlər ki, onlar nazirləri Avropa Məhkəməsinin qərarına baxmayaraq Azərbaycanın Eynulla Fətullayevi azad etmədiyi üçün sərt addımlar atmağa çağırırlar.
Avropa Şurası Nazirlər Komitəsinin iclası noyabrın 30-da başlayacaq. Article 19-un Avropa Proqramlarının meneceri Rebeka Vinsent bildirir ki, onlar Eynulla Fətullayevin məsələsini noyabrın bu həftənin sonlarında müzakirəyə çıxarılacağını gözləyirlər. Onun fikrincə, artıq Eynulla Fətullayev Azərbaycanın İnsan Haqları üzrə Avropa Konvensiyası çərçivəsində öhdəliklərini yerinə yetirməməsinin simvoluna çevrilib:
“Avropa Şurasına üzv ölkələr Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyətə göz yummaqda davam edə bilməzlər”.
Jurnalistin vəkili Elçin Sadıqov ötən həftə bildirib ki, həmin iclasda Nazirlər Komitəsi Avropa Məhkəməsinin Eynulla Fətullayev barəsində çıxardığı qərarın Azərbaycan hökuməti tərəfindən icrası vəziyyətinə baxacaq. Eyni zamanda Komitə Eynulla Fətullayevə qarşı narkotik ittihamı ilə bağlı məsələnin araşdırılmasını Məhkəməyə tövsiyə edəcək.
“Gündəlik Azərbaycan” qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə 8 il yarım həbs cəzası alıb. Bu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin həbsinin əsassız olması, buna görə onun dərhal azad edilməsi və hökumətin jurnalistə təzminat ödəməsi barədə qərar çıxarıb.
Azərbaycanın Ali Məhkəməsi Avropa Məhkəməsinin bu qərarını icra edərək jurnalistə qarşı ittihamları ləğv edib. Amma o yenə də azad edilməyib. Bu dəfə Eynullanı keçən ilin dekabrında həbsxanada paltarından narkotik maddə tapılması ittihamı ilə iki il üç ay müddətinə azadlıqdan məhrum ediblər.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Eynulla Fətullayevin üzləşdiyi bütün ittihamların əslində onun peşəkar fəaliyyəti ilə bağlı olduğunu deyirlər. Amma Azərbaycan rəsmiləri jurnalistin adi cinayətkar kimi cəzalandırldığını bildirirlər.