Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Hadisələrdən biri paytaxtın Novxanı qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Naməlum sürücü idarə etdiyi “Mercedes” markalı maşınla yanacaqdoldurma məntəqəsinə daxil olub, orada operator işləyən Ramil Məmmədovun əlindəki pulu alaraq hadisə yerindən qaçıb.
Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. Naməlum sürücü dövlət nömrə nişanları olmayan “Mercedes” markalı maşınla “Star” yanacaqdoldurma məntəqəsində operator işləyən Xəyyam adlı şəxsin əlindən 120 manat pulu alaraq hadisə yerindən qaçıb.
Hər iki hadisə ilə bağlı araşdırmalar davam etdirilir.