Iran mediası məlumat verir ki, bu gün Tehranda nüvə fizikası üzrə alim terror nəticəsində ölüb, digəri isə yaralanıb. Məlumatda deyilir ki, motosiklet sürən iki nəfər səhər saatlarında işə gələn alimlərin maşınına bomba yapışdırıb az sonra uzaq məsafədən partladıblar.
Bombalardan biri “Şəhid Beheşti” Universitetinin müəllimi olduğu deyilən Məcid Şəhriyarini öldürüb, onun arvadını isə yaralayıb.
İkinci partlayış nəticəsində isə Firudin Abbasi və onun arvadı yaralanıb. Firidun Abbasi Dəvani İran Müdafiə Nazirliyinin lazer üzrə mütəxəssislərindən biridir.
Silahlı hücuma məruz qalan hər iki müəllimin İran İnqilab Keşikçilər Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) Təşkilatının üzvü olduğu vurğulanır.
İranın media qurumları Birləşmiş Ştatları və İsraili hücumda onların "casuslar"ının əli olmasında günahlandırır.