Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 08:48

ATƏT sədri Nalbandyanla danışıb

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev noyabrın 27-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefonla danışıb. Məlumatı Qazaxıstan XİN-in mətbuat xidməti yayıb. Nazirlər dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Məlumatda Astanadakı ATƏT sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılıb-aparılmayacağı ilə bağlı heç bir məlumat verilmir.
This item is part of
XS
SM
MD
LG