Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

ABŞ-la Cınubi Koreya birgə hərbi təlimlərə başlayıblar


Pekinlə Seul Koreya yarımadasında yaranmış gərginliyi aradan qaldırmaq üçün əməkdaşlıq etmək razılığına gəliblər.

Sinxua agentliyinin məlumatına görə belə bir razılaşma bu gün Seulda Çin Dövlət Şurasının üzvü Dey Binquo və Cənubi Koreya prezidenti Li Myun Bak arasında keçirilmiş görüşdə əldə olunub.

Qeyd edək ki, Çin Şimali Koreyanın yaxın müttəfiqidir.

Tərəflər yarımadada vəziyyətin gərgin olduğunu və bununla bağlı dialoqun vacibliyini qeyd ediblər.

Qeyd edək ki, ötən şərşənbə axşamı Cənubi Koreyanın Yonpyon adasında baş vermiş silahlə insidentdə Cənubi Koreya tərəfdən 4 nəfər ölüb, 18 adamsa yaralanıb.

Çin isə bu arada xəbərdarlıq edib ki, Birləşmiş Ştatlarla Cənubi Koreyanın Sarı dənizdə keçirdikləri birgə hərbi təlimlər gözlənilməz nəticələr verə bilər.

ABŞ-ın ”George Washington” təyyarədaşıyan gəmisi də təlimlərə cəlb olunub.
XS
SM
MD
LG