Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

Dekabrın ortasınadək İraqda yeni hökumət yaradılmalıdır


Dekabrın ortasınadək yeni İraq hökuməti yaradılmalıdır.

Bunu ölkənin baş naziri Nurli əl Maliki deyib.

O, Bağdadda keçirilmiş mətbuat konfransında bildirib ki, hələlik ölkənin siyasi qüvvələri nazir vəzifələrinin bölüşdürülməsində tam razılığa gələ bilməyiblər.

Nuri əl Maliki tərəfləri mümkün qədər tez namizədlərin təyin edilməsində razılğa gəlməyə çağırıb.

İraqın əsas siyasi blokları parlament seçkilərindən 8 ay sonra hakimiyyətin bölünməsi ilə bağlı razılığa gəlsələr də yeni kabinetin tərkibi hələ ki, tam razılaşdırılmayıb.
XS
SM
MD
LG