
O, aclıq aksiyasına özünün və oğlu Hafiz Əliyevin hüquqlarının bərpa olunmaması tələbi ilə noyabrın 22-də başlayıb.
Belə ki, parlament seçkilərindən sonra noyabrın 8-də oğlu Hafiz Əliyev, bundan iki gün sonra isə o, müəllim işlədikləri məktəbdən çıxarılıblar.
Məmmədqulu Əliyev işdən çıxarılmalarını özünün müxalifətçi olması və oğlanlarından birinin 7 noyabr seçkilərində müşahidəçi kimi iştirakı ilə izah edir.
AzadlıqRadiosundan dəfələrlə müraciət olunmasına baxmayaraq, Şahbuz rayon təhsil şöbəsindən məsələyə indiyə qədər münasibət bildirilməyib.
Naxçıvan MR-nın Bakıdakı daimi nümayəndəsi Həsən Hacıyev isə AzadlıqRadiosuna müsahibəsində baş verənlərin müxalifətçiliklə əlaqələndirilməsinin düzgün olmadığını deyib.
Məmmədqulu Əliyevsə hüquqları bərpa olunanadək aclıq aksiyasını davam etdirəcəyini bildirir.